BakıTrend:
Xaçmazda Qudyalçayın rayon ərazisindən keçən hissəsində növbəti təmizlik aksiyası keçirilib.
Trend xəbər verir ki, bu barədə Xaçmaz rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilir ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qudyalçayın rayon ərazisində keçən hissəsində növbəti təmizlik aksiyası keçirilib. Aksiyada Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, idarə, müəssisə və təşkilatların kollektivləri eləcə də könüllü gənclər iştirak ediblər.
Əraziyə işçi qüvvəsi ilə yanaşı xeyli sayda xüsusi texnikalarda cəlb olunub. Gün ərzində çayın ətrafı məişət və digər tullantılarından təmizlənib.
Tədbirin keçirilməsində məqsəd çayların məişət və digər
tullantılarla çirkləndirilməsinin qarşısının alınması, əhalinin
tullantıların düzgün idarə edilməsi ilə ətraf mühitin neqativ
təsirlərdən qorunması istiqamətində maarifləndirilməsidir.
Rayon ərazisində təmizlik aksiyaları bundan sonra da ardıcıl
şəkildə davam etdiriləcəkdir.