...

İranın yenidən danışıqlara başlamaqda problemi yoxdur – Məsud Pezeşkian

Dünya xəbərləri Materials 7 İyul 2025 17:44 (UTC +04:00)
İranın yenidən danışıqlara başlamaqda problemi yoxdur – Məsud Pezeşkian
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın nüvə proqramı ilə əlaqədar ABŞ ilə danışıqlara yenidən başlamaq üçün problemi yoxdur.

Trend-in məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian xarici mediaya açıqlamasında deyib.

“Lakin daşıqlara başlanması üçün belə bir şərt var: İran yenidən ABŞ-yə necə etibar edə bilər? Danışıqlar yenidən başladığı halda, İran necə əmin ola bilər ki, danışıqların gedişində İsrailə yenidən hücum etmək icazəsi verilməyəcək?”, - deyə o bildirib.

İran prezidenti qeyd edib ki, İran ABŞ ilə dolayı şəkildə danışıqlar apardığı və danışıqların növbəti raunduna hazırlaşdığı halda hücumlara məruz qalıb.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Xatırladaq ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.

Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki hərbi bazasına hava zərbələri endirib.

24 iyunda İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsə razılaşdığını elan edib.

İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraq hücumların dayandırıldığını qeyd edib.

Qeyd edək ki, 12, 19, 26 aprel, 11 may və 23 may tarixlərində İran və ABŞ arasında İranın nüvə proqramı ilə əlaqədar dolayı müzakirələrin 5 raundu keçirilib. Dolayı müzakirələr Oman Krallığının xarici işlər naziri Seyid Bədr Əlbusəidinin vasitəçiliyi, İran nümayəndə heyətinə xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ nümayəndə heyətinə ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilə təşkil olunub. Müzakirələrin 1, 3 və 4-cü raundu Oman paytaxtı Məsqətdə, 2-ci və 5-ci raundu isə İtaliya paytaxtı Romada baş tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti