Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp iyulun 7-də ticarət sazişlərinin bağlanması üçün son müddəti iyulun 9-dan avqustun 1-nə keçirmək barədə sərəncam imzalayacaq.
Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt brifinq zamanı bildirib.
"Prezident bu gün [ticarət müqaviləsinin] son müddətini iyulun 9-dan avqustun 1-nə köçürülmasə barədə fərman imzalayacaq", - deyə o bildirib.
Livitt əlavə edib ki, ABŞ hakimiyyətinin avqustun 1-dən 25 faiz dərəcəsində gömrük rüsumları tətbiq etdiyi Koreya Respublikası və Yaponiyadan başqa, daha 12 ölkəyə əlavə rüsumların tətbiqi ilə bağlı Trampdan bildirişlər göndəriləcək.