...

Serbiyada bir gündə 600-dən çox yanğın qeydə alınıb

Dünya xəbərləri Materials 8 İyul 2025 01:53 (UTC +04:00)

Bakı. Trend:

Həddindən artıq istilər və qasırğalı küləklər fonunda Serbiyada meşə yanğınlarının sayında kəskin artım müşahidə olunub.

Trend-in məlumatına görə, bu barədə Serbiyanın Daxili İşlər Nazirliyi xəbər verib.

Məlumata əsasən, təkcə iyulun 7-si saat 7:00-dan 19:00-dək ölkə üzrə 620 açıq hava yanğını qeydə alınıb.

Bildirilib ki, hadisələr zamanı iki yanğınsöndürən və dörd mülki şəxs yaralanıb, ölən olmayıb.

Yanğının söndürülməsinə bütün mövcud imkanlar - Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi, xüsusi texnikası və helikopter bölməsi cəlb olunub.

Xəbər lenti

Xəbər lenti