Bakı. Trend:
Keniyada polis zorakılığına və korrupsiyaya qarşı yeni etiraz dalğası gözlənilir.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, etiraz aksiyaları hakimiyyətin vergiləri artırmaq cəhdləri və hüquq-mühafizə orqanlarının artan zorakılığı fonunda keçirilir.
Məlumata görə, yeni aksiyadan cəmi iki həftə əvvəl baş verən etirazlarda 19 nəfər həyatını itirib.
Keniyada 7 iyul etirazı xalqın narazılığının növbəti təzahürü və hakimiyyətin vətəndaşların mövqelərini dinc yolla ifadə etmək hüququna hörmət edib-etməyəcəyinin yoxlanışı olacaq.