Bakı. Trend:
Qarqarçay hövzəsi üzrə su axınının tənzimlənməsi və su ehtiyatlarından səmərəli istifadə edilməsi ilə bağlı işlərə başlanılır.
Trend-in məlumatına görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxsi bununla bağlı müvafiq işlərə start verib.
Belə ki, qurum hazırda sözügedən işlərin texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərini hazırlayacaq şirkəti müəyyənləşdirmək mərhələsindədir.
Eyni zamanda, qurum aparılacaq işlərin 5,7 milyon manata başa gələcəyini proqnozlaşdırıb.
Qeyd edək ki, kürün sağ qolu olan Qarqarçay Şuşa, Xankəndi, Xocalı, Ağdam və Ağcabədi rayonları ərazisindən axır.