Bakı. Trend:
Azərbaycan və Ermənistan sülh sazişi imzalamağa indiyədək olmadıqları qədər yaxındırlar.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Beştəpədə Türkiyə səfirlərinin 16-cı qurultayında etdiyi çıxışda bildirib.
Ərdoğan illərlə sülhə həsrət qalan Cənubi Qafqazın tarixi dönəmdən keçdiyini bildirib.
“Azərbaycan və Ermənistan sülh sazişi imzalamağa indiyədək olmadıqları qədər yaxındırlar. Azərbaycanla dialoq şəraitində biz də Ermənistanla normallaşma prosesini irəlilədirik. İnşallah, gələn ilin əvvəlindən etibarən bəzi simvolik addımlar atılacaq”,- deyə Ərdoğan bildirib.
