...

Dubayda dronlarla dünyanın ən böyük “Tetris”i oynanılıb (FOTO)

Dünya xəbərləri Materials 16 Dekabr 2025 16:08 (UTC +04:00)
Dubayda dronlarla dünyanın ən böyük “Tetris”i oynanılıb (FOTO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dubayda dünyanın ən erkən video oyunlarından olan “Tetris”in ən böyük versiyası oynanılıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Dünya rekordu hesab olunan bu nümayişdə oyunun baş tutması üçün 2 mindən çox drondan istifadə edilib. Həmin dronlar oyunçunun nizamlamağa çalışdığı müxtəlif formalı “Tetris” bloklarını imitasiya edib.

Beynəlxalq “Tetris” yarışında qalib Türkiyəni təmsil edən Fehmi Atalar olub. O, beş dəqiqə ərzində 168 566 xal toplayaraq birinci yeri tutub.

Qeyd edək ki, dünyanın ikinci ən çox satılan video oyunu kimi tarixə düşmüş “Tetris” 1984-cü ildə rusiyalı dizayner Aleksandr Pajitnov tərəfindən yaradılıb və onun ümumilikdə 520 milyona yaxın nümunəsi satılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti