Bakı. Trend:
Rusiya–Ukrayna müharibəsinin sülh yolu ilə nizamlanması məqsədilə Ukrayna və ABŞ nümayəndə heyətlərinin növbəti görüşünün yenə Mayamidə baş tutacağı gözlənilir.
Trend xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Niderlandın Baş naziri Dik Sxofla keçirdiyi birgə mətbuat konfransında deyib.
Zelenski bildirib ki, özü bu danışıqlarda iştirak etməyəcək.
“ABŞ-də Ukrayna ilə bağlı danışıqlar nümayəndə heyətləri səviyyəsində keçiriləcək. Düşünürəm ki, bu, yaxın günlərdə — ola bilsin həftəsonu, ya da bir qədər sonra baş verəcək”, — deyə o vurğulayıb.
Prezidentin sözlərinə görə, görüşdə təhlükəsizlik təminatları, Ukrayna iqtisadiyyatının bərpası və çərçivə sazişinin 20 maddəsi müzakirə olunacaq.