Bakı. Trend:
Ukraynanın daxili işlər naziri İqor Klimenko ölkənin şərqində cəbhənin ən çətin istiqamətlərinə səfər edib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Nazir ön və arxa cəbhədə xidmət aparan hərbçilərə, xilasedicilərə və polis əməkdaşlarına təşəkkürünü bildirib.
Klimenko qeyd edib ki, məhz bu insanlar ölkənin təhlükəsizliyinin əsas təminatıdır.