...

İranın Azərbaycana qeyri-neft ixracı azalıb

Dünya xəbərləri Materials 16 Dekabr 2025 15:42 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Cari İran ilinin 8 ayı (20 mart -21 noyabr 2025) ərzində İranın Azərbaycana qeyri-neft məhsul ixracı ötən ilin analoji dövrü ilə (21 mart -20 noyabr 2024) müqayisədə dəyər baxımından 15,2%, çəki baxımından 1,54% azalıb.

Trend bu barədə İranın Gömrük Administrasiyasının statistikasına istinadən məlumat verir.

Statistikaya əsasən, 8 ayı ərzində İranın Azərbaycana qeyri-neft məhsul ixracı 390 milyon dollar dəyərində təxminən 576 min ton təşkil edib.

Statistikada bildirilir ki, ötən ilin analoji dövründə İranın Azərbaycana qeyri-neft məhsul ixracı 460 milyon dollardan çox dəyərdə 585 min ton təşkil edib.

Statistikaya görə, İran Azərbaycana əsasən kənd təsərrüfatı və ərzaq məhsulları, eləcə də sənaye, neft-kimya və kimyəvi məhsullar ixrac edib.

Qeyd olunur ki, 8 ay ərzində İranın Azərbaycanla qeyri-neft məhsul ticarəti təxminən 398 milyon dollar dəyərində təxminən 580 min ton təşkil edib. Ticarət dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 17,6%, çəki baxımından 2,45% azalıb.

Qeyd edək ki, İranın Gömrük Administrasiyasının statistikasına əsasən, cari İran ilinin 8 ayı ərzində İranın məhsul ixracı təxminən 37 milyard dollar dəyərində 105 milyon ton təşkil edib. Məhsul ixracı ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 3,48% azalıb, çəki baxımından isə 1,17% artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti