...

"Liverpul"un çempionluq şənliyində izdihama avtomobil sürən şəxsin cəzası məlum olub

Dünya xəbərləri Materials 16 Dekabr 2025 20:09 (UTC +04:00)

Bakı. Trend:

Bu ilin may ayında “Liverpul” futbol klubunun çempionluq mərasimi zamanı avtomobilini kütlənin üzərinə sürərək 134 nəfəri yaralayan Pol Doyl 21 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, 54 yaşlı Doylun işi üzrə məhkəmə prosesi Liverpul Krallıq Məhkəməsində keçirilib.

O, ilkin mərhələdə ittihamları rədd etsə də, sonradan bütün maddələr üzrə təqsirini etiraf edib.

Məhkəmə Doylu təhlükəli avtomobil idarəetmə iğtişaş törətmə, 17 nəfərə qarşı qəsdən ağır bədən xəsarəti yetirməyə cəhd, 9 nəfərə qəsdən ağır bədən xəsarəti yetirmə və 3 nəfəri qəsdən yaralama maddələri ilə təqsirli bilib.

İttiham tərəfi bildirib ki, aralarında 8 uşağın da olduğu 134 nəfərin yaralanmasına səbəb olan Doyl qəzəbli vəziyyətdə hərəkət edib və insanların təhlükəsizliyini bilərəkdən nəzərə almayıb. Məhkəmə hadisə zamanı sürücünü dayandırmağa çalışan Daniel Barrın hərəkətlərini də xüsusi qeyd edib.

Hakim hökmü elan edərkən vurğulayıb ki, insanların həyatını açıq şəkildə təhlükə altına atan bu cür davranış heç bir şəkildə əsaslandırıla bilməz.

Xəbər lenti

Xəbər lenti