Bakı. Trend:
İngiltərə vətəndaşı olan 53 yaşlı yerli sakin Liverpulda avtomobili insanların üstünə sürüb.
Trend xəbər verir ki, bu barədə Mersisayd polisinin yaydığı məlumatda deyilib.
"Saxlanılan şəxsin Liverpul ərazisində yaşayan 53 yaşlı ağdərili britaniyalı olduğunu təsdiqləyə bilərik. Hazırda toqquşmaya səbəb olan bütün halların müəyyən edilməsi məqsədilə genişmiqyaslı istintaq hərəkətləri həyata keçirilir", - deyə bildirilib.
xxx
22:47
Liverpulun mərkəzində İngiltərə Premyer Liqasında "Liverpul" futbol klubunun qələbəsini qeyd etmək üçün toplaşan insanların üzərinə avtomobil çırpılıb.
Trend-in məlumatına görə, bu barədə Mersisayd polisi məlumat yayıb.
"Avtomobil hadisə yerində saxlanılıb və həmin şəxs həbs edilib. Hazırda hadisə yerində təcili yardım xidmətləri işləyir", - deyə bildirilib.
“The Daily Telegraph” qəzeti 17 nəfərin öldüyünü bildirib. "Sky News"un məlumatına əsasən, futbol klubunun bir neçə min azarkeşi Liverpulun mərkəzinə toplaşıb.