Bakı. Trend:
16 və 17 dekabr tarixlərində Milli Gimnastika Arenasında Kişi idman gimnastikası üzrə 30-cu, qadın idman gimnastikası üzrə 9-cu ölkə çempionatı və Bakı birinciliyi keçirilir.
Trend xəbər verir ki, yarışda gimnastlar uşaqlar (2014), kiçiklər (2015-2016), balacalar (2017-2018), yeniyetmələr (2011-2012), gənclər (2008-2009-2010), böyüklər (2007 və daha böyük) yaş kateqoriyaları üzrə çıxışlarını təqdim ediblər.
Yarışın birinci günündə idmançılar fərdi çoxnövçülük üzrə, ikinci günündə isə ayrı-ayrı alətlərdə - dayaqlı tullanma, müxtəlif hündürlüklü qollar, gimnastika tiri, sərbəst hərəkətlər - çıxışlarını nümayiş etdirəcəklər.
Sonda hər kateqoriya üzrə qalib olan gimnastlar mükafatlandırılacaq.