...

FIFA ilin ən yaxşı qapıçısını seçib

İdman Materials 16 Dekabr 2025 16:43 (UTC +04:00)
FIFA ilin ən yaxşı qapıçısını seçib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın Futbol üzrə Milli Komandasının üzvü Canluici Donnarumma FİFA tərəfindən ilin ən yaxşı qapıçısı seçilib.

Trend xəbər verir ki, bu barədə FIFA-nın mətbuat xidməti məlumat yayıb.

İtaliyalı qolkiper ötən mövsümdə “PSJ”nin heyətində Çempionlar Liqasının, eləcə də Fransa çempionatı və kubokunun qalibi olub.

İtaliyalı futbolçu Çempionlar Liqasındakı 17 matçın 15-də meydanda olub, onların 6-da qapısını toxunulmaz saxlamağı bacarıb.

Donnarumma eyni zamanda turnirin rəmzi yığmasına da daxil edilib.

Həmçinin, o, Fransa çempionatında 24 matçda iştirak edib və turnirin ən yaxşı qapıçısı olub.

Xatırladaq ki, sentyabr ayında o, “Mançester Siti” klubuna transfer olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti