...

“Arpaçay” kanalları üzrə 46 milyon manatlıq yenidənqurma işlərinə başlanılır

İqtisadiyyat Materials 16 Dekabr 2025 18:05 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

"Arpaçay sağ sahil" və "Arpaçay sol sahil" magistral kanallarının yenidən qurulmasına başlanılır.

Trend-in dövlət satınalmalarının vahid internet portalına istinadən məlumatına görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti artıq bununla bağlı müvafiq işlərə start verib.

Belə ki, qurum sözügedən işlərin icrasını “Hovers Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, magistral kanalların yenidən qurulması 46,4 milyon manata başa gələcək.
İşlərin həvalə olunduğu şirkət 2011-ci ildə dövlət qeydiyyatına alınıb.

Nizamnamə kapitalı 345 720 manat olan şirkətin qanuni təmsilçisi Zeynalov İlqar Adgözəl oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti