...

Qəzzanın təhlükəsizlik qüvvələrinin yaradılmasında iştiraka hazır olan ölkələrin sayı artır - Tramp

Dünya xəbərləri Materials 16 Dekabr 2025 15:26 (UTC +04:00)
Qəzzanın təhlükəsizlik qüvvələrinin yaradılmasında iştiraka hazır olan ölkələrin sayı artır - Tramp
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qəzza sektorunda beynəlxalq sabitləşdirici qüvvələrin formalaşdırılmasında birbaşa iştirak etməyə hazır olan ölkələrin sayı artmaqda davam edir.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib

“Getdikcə daha çox ölkə qoşulur. Onlar artıq iştirak edirlər, mən nə qədər əsgər göndərilməsini xahiş etsəm, o qədərini göndərəcəklər”, – deyə Tramp Ağ Evdə jurnalistlərlə söhbəti zamanı qeyd edib.

Sabitləşdirici qüvvələrin nə vaxt fəaliyyətə başlayacağı ilə bağlı suala cavabında Tramp bildirib ki, “müəyyən formada onlar artıq fəaliyyət göstərirlər”. Bununla belə, o, bu fəaliyyətin konkret olaraq hansı formada həyata keçirildiyini və sülhməramlı kontingentin yaradılmasında iştirakını artıq qəti şəkildə təsdiqləmiş ölkələrin hansılar olduğunu açıqlamayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti