...

Azərbaycanda 6 faydalı qazıntı yatağı hərraca çıxarılır

İqtisadiyyat Materials 16 Dekabr 2025 14:05 (UTC +04:00)
Azərbaycanda 6 faydalı qazıntı yatağı hərraca çıxarılır
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda 6 faydalı qazıntı yatağının auksion formasında hərracı keçiriləcək.

Trend-in məlumatına görə, Sumqayıt şəhəridəki “Sumqayıt” gil yatağının, Göyçay rayonundakı “Göyçay” qum-çınqıl yatağının, Ağsu rayonundakı “Ağsuçay” qum-çınqıl yatağının, Ağdam rayonundakı “Şelli” və “Burundağ” üzlük daşı (mərmərləşmiş əhəngdaşı) yatağlarının, eləcə də İmişli rayonudakı “Bəhrəmtəpə II” qum-çınqıl yatağının satışı baş tutacaq.

Hər bir faydalı qazıntı yatağının istismar müddəti 1 ilədək nəzərdə tutulub.

Məlumata görə, hərraclar 29 yanvar 2026-cı il tarixində baş tutacaq. Hər bir hərrac üzrə iştirak haqqı 540 manat həcmində müəyyənləşdirilib.

Hərracın keçiriləcəyi ünvan: Əmlak Xidmətləri Məkanı, Xəlil Rza Ulutürk 20 Bakı, Azərbaycan, 1029.

Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər hərracla bağlı məlumat almaq, iştirak haqqı və 10% miqdarında beh məbləğini ödəmək üçün Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə müraciət edə bilərlər. (Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31 A) tel: (012) 597 01 68 (dax:5022)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti