...

Azərbaycanda bəzi elektron siqaretlərin reklamı qadağan ediləcək

Cəmiyyət Materials 16 Dekabr 2025 15:00 (UTC +04:00)
Azərbaycanda bəzi elektron siqaretlərin reklamı qadağan ediləcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda nikotin tərkibi olmayan elektron siqaretlərin reklamı qadağan ediləcək.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirə olunan “Reklam haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə görə, narkotik vasitələrin, psixotrop maddələrin, pornoqrafiyanın, tütün və tütün məmulatlarının və bu Qanunla reklamı qadağan olunan digər məhsulların reklamına yol verilmir.

Qanun layihəsinə əsasən, nikotin tərkibi olmayan elektron siqaretlərin reklamına da yol verilməyəcək.

Mövcud qanunvericiliyə görə, tütün, tütün məmulatlarının və onların ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanlarının reklamı qadağandır.

Qanun layihəsində elektron siqaretlərlə bağlı yuxarıdakı müddəanın qanunvericilikdən çıxarılması təklif edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti