...

Alimlər ağır qaraciyər iltihabının səbəbini müəyyən ediblər

Dünya xəbərləri Materials 16 Dekabr 2025 15:21 (UTC +04:00)
Alimlər ağır qaraciyər iltihabının səbəbini müəyyən ediblər
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Meyo klinikasının alimləri qocalan “zombi hüceyrələrin” qaraciyərdə piylənmə xəstəliyinin ağır formasının inkişafını sürətləndirdiyini müəyyən ediblər.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, elmi araşdırmanın nəticələri “Nature Communications” nəşrində dərc olunub.

Yaşlanan hüceyrələr orqanizmdə öz funksiyalarını normal şəkildə yerinə yetirmək qabiliyyətini itirir, lakin məhv olmurlar. Onlar zədələnmə və ya stress səbəbindən parçalanmanı dayandırır, toxumalarda toplanaraq iltihaba səbəb olurlar. Bəzi “zombi hüceyrələr” ürək-damar xəstəliklərini təşviq edə bildiyi halda, digərləri immun sisteminə yaraların sağalmasına kömək edir və hətta xərçənglə mübarizədə rol oynayır.

Yeni tədqiqatda alimlər aşkar ediblər ki, bu cür hüceyrələr metabolik steatohepatit zamanı çapıqlaşma və iltihabı daha da gücləndirir. Metabolik steatohepatit qaraciyərin geniş yayılmış xəstəliyidir və piylənmə, şəkərli diabet və ya hepatotoksik təsirə malik dərmanların qəbulu nəticəsində inkişaf edir.

Tədqiqatçıların sözlərinə görə, yaşlanan hüceyrələrin “enerji stansiyaları” olan mitoxondrilərdə yerləşən mitoxondrial RNT adlanan kiçik molekullar hüceyrənin əsas hissəsinə keçə bilər. Bu isə adətən hüceyrə virusla yoluxduqda aktivləşən RIG-I və MDA5 adlı antivirus sensorlarının səhvən işə düşməsinə səbəb olur. Bu halda təhlükə siqnalı hüceyrənin öz mitoxondrilərindən qaynaqlanır və ətrafdakı sağlam toxumalara zərər verə bilən iltihab “dalğası”nı işə salır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti