...

Avropa Ukrayna münaqişəsindən dəyən ziyanın ödənilməsi üçün beynəlxalq komissiya yaratmağı planlaşdırır

Dünya xəbərləri Materials 16 Dekabr 2025 14:58 (UTC +04:00)
Avropa Ukrayna münaqişəsindən dəyən ziyanın ödənilməsi üçün beynəlxalq komissiya yaratmağı planlaşdırır
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qərbi Avropa ölkələrinin bir sıra liderləri Ukrayna münaqişəsindən dəyən ziyanın qiymətləndirilməsi üzrə beynəlxalq komissiyanın yaradılmasını planlaşdırır.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, komissiyanın başlıca məqsədi Kiyevə vurulmuş yüz milyardlarla dollar həcmində ziyana görə təzminatın ödənilməsini təmin etməkdir.

Planlaşdırılan orqan 2023-cü ildə yaradılmış Ukraynanın Maddi zərər Reyestrinə daxil olmuş ərizələri nəzərdən keçirərək, onları qiymətləndirəcək və müvafiq qərarlar qəbul edəcək. Kompensasiyanın məbləği hər işlə bağlı fərdi olaraq müəyyənləşdiriləcək.

Kompensasiyaların necə ödəniləcəyi barədə təfərrüatlar hələ məlum olmasa da, müzakirə olunan variantlar arasında Rusiynın dondurulmuş aktivlərinin yönləndirilməsi də var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti