...

Avropa və ABŞ arasında Ukrayna üzrə danışıqlarla bağlı Moskvaya siqnal daxil olmayıb - Kreml

Dünya xəbərləri Materials 16 Dekabr 2025 20:40 (UTC +04:00)
Avropa və ABŞ arasında Ukrayna üzrə danışıqlarla bağlı Moskvaya siqnal daxil olmayıb - Kreml

Bakı. Trend:

Rusiya tərəfi Avropa və ABŞ arasında Ukraynada münaqişənin nizamlanması ilə bağlı aparılan danışıqlar barədə hər hansı siqnal almayıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskov jurmalistlərin Rusiya və ABŞ arasında növbəti danışıqlar raundunun nə vaxt gözlənildiyi ilə bağlı sualı cavablandırarkən deyib ki, əvvəlcə danışıqların nəticəsində nələrin formalaşacağı ilə tanış olmaq lazımdır.

Kremlin sözçüsü həmçinin vurğulayıb ki, Avropa tərəfinin münaqişənin nizamlanması prosesində iştirakı “yaxşı heç nə vəd etmir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti