Bakı. Trend:
2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycan ümumilikdə 11,5 milyard dollardan çox məbləğdə təxminən 22,1 milyon ton xam neft və neft məhsulları ixrac edib.
Trend-in Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici pul ifadəsində 1,8 milyard dollar (13,5%) azalıb, həcm ifadəsində isə 576 min ton (2,7%) artıb.
Yanvar-noyabr aylarında Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələrin ilk üçlüyündə İtaliya yer alır (12,8 milyon ton, 6,5 milyard dollar). İkinci yerdə Çexiya (1,4 milyon ton, 742,2 milyon dollar) , ardınca isə Xorvatiya (1,3 milyon ton, 666,6 milyon dollardan çox) gəlir.
Aşağıdakı cədvəldə cari ilin yanvar-noyabr aylarında Azərbaycandan ən çox xam neft və neft məhsulları idxal edən ölkələrin 10-luğu göstərdilib:
|
Ölkə |
İdxal həcmi |
İdxal dəyəri (ABŞ dolları ilə) |
|
İtaliya |
12 670 719,72 |
6 524 604 650 |
|
Çexiya |
1 405 059,25 |
742 159 080 |
|
Xorvatiya |
1 255 021,16 |
666 587 010 |
|
Rumıniya |
1 043 111,41 |
559 691 190 |
|
Almaniya |
956 716,48 |
502 018 650 |
|
Portuqaliya |
803 374,35 |
430 730 820 |
|
Yunanıstan |
590 674,03 |
313 840 720 |
|
Böyük Britaniya |
514 926,69 |
273 052 390 |
|
İrlandiya |
524 907,84 |
267 776 630 |
|
Tunis |
370 471,31 |
198 705 680 |
Qeyd edək ki, Azərbaycan nefti qonşu ölkələrə və dünya bazarlarına üç neft kəməri vasitəsilə daşınır: Bakı-Novorossiysk, Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan (BTC). Hazırda Bakı-Supsa kəməri ilə nəql dayandırılıb.
