...

FIFA 2025-ci ilin ən yaxşılarını açıqlayıb

İdman Materials 16 Dekabr 2025 22:30 (UTC +04:00)
FIFA 2025-ci ilin ən yaxşılarını açıqlayıb

Bakı. Trend:

FIFA 2025-ci ilin ən yaxşılarını açıqlayıb.

Trend xəbər verir ki, Fransanın PSJ klubunda çıxış edən Usman Dembele ən yaxşı futbolçuya təqdim olunan "The Best" mükafatına sahib çıxıb.

Komandanın çalışdırıcısı Luis Enrike isə ən yaxşı baş məşqçi seçilib.

Argentina təmsilçisi "İndependiente"nin futbolçusu Santyaqo Montiel "Puşkaş" mükafatına layiq görülüb. O, "İndependiente Rivadavia" ilə matçda vurduğu qola görə fərqləndirilib.

Daha əvvəl ən yaxşı qapıçı mükafatını İngiltərə nəhəngi “Mançester Siti”nin formasını geyinən Canluici Donnarumma qazanıb.

Xəbər lenti

Xəbər lenti