...

AHİK-nın yeni Nizamnaməsi hazırlanıb

Cəmiyyət Materials 16 Dekabr 2025 14:43 (UTC +04:00)
AHİK-nın yeni Nizamnaməsi hazırlanıb
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Normativ-hüquqi modernləşmənin ən mühüm mərhələlərindən biri kimi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yeni Nizamnaməsinin layihəsi hazırlanaraq qurultay nümayəndələrinin müzakirəsinə təqdim edilib.

Trend xəbər verir ki, bunu Konfederasiya sədri Sahib Məmmədov bu gün Bakıda keçirilən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) VIII Qurultayında hesabat məruzəsi ilə çıxışında bildirib.

Onun sözlərinə görə, “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklərlə bağlı qanun layihəsi hazırlanıb, ekspertlərin iştirakı ilə geniş müzakirə olunub və aidiyyəti üzrə təqdim edilib:

“AHİK Plus” çərçivəsində həmkarlar ittifaqı üzvləri üçün bonuslar, endirimlər və xüsusi güzəştlər tətbiq ediləcək. Bu gündən etibarən layihənin icrasına start verilir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti