...

Azərbaycanın Orta Dəhlizin formalaşmasında oynadığı rol böyük imkanlar açır - Britaniyanın ticarət elçisi

İqtisadiyyat Materials 16 Dekabr 2025 17:38 (UTC +04:00)
Azərbaycanın Orta Dəhlizin formalaşmasında oynadığı rol böyük imkanlar açır - Britaniyanın ticarət elçisi
Aygün Bəliyarli
Aygün Bəliyarli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Orta Dəhlizin formalaşmasındakı rolu həqiqətən də heyranedici imkanlar açır.

Trend xəbər verir ki, bu, Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi, Lordlar palatasının üzvü Con Alderdaysın videomüraciətində bildirilib.

“Onilliklər boyu mövcud olan möhkəm iqtisadi əlaqələrə əsaslanaraq və onları daha da genişləndirərək, eyni zamanda təcrübə və bilik mübadiləsi apararaq əməkdaşlığımızı strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməyimizlə fəxr edirəm”, – deyə o qeyd edib.

Alderdeysin sözlərinə görə, Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi qismində ilk dəfə Azərbaycana səfər etməkdən böyük məmnunluq duyub. Səfər çərçivəsində o, ölkəni şərqdə Xəzər dənizi sahillərindən qərbdə Naxçıvana qədər gəzib.

“Son bir neçə gün ərzində Prezident İlham Əliyev, nazirlər, müxtəlif dövlət qurumlarından olan həmkarlar, eləcə də ikitərəfli münasibətlərimizin ön cəbhəsində yer alan biznes ictimaiyyətinin nümayəndələri ilə görüşmək şərəfinə nail oldum”, – deyə o bildirib.

Ticarət elçisi vurğulayıb ki, keçirilən görüşlər son dərəcə məhsuldar olub və Böyük Britaniya ilə Azərbaycan arasında bir çox əsas iqtisadi sahələr üzrə tərəfdaşlığın dərinləşdirilməsinə dair ümumi marağın olmasını bir daha təsdiqləyib.

“Bu səfər mənə strateji tərəfdaşlar olaraq birlikdə nə qədər böyük nailiyyətlər əldə edə biləcəyimizi göstərdi. Mən Azərbaycanı səmimi şövqlə, Böyük Britaniya ilə Azərbaycan arasında münasibətlərin gələcəyinə nikbin baxaraq tərk edirəm”, – deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti