...

Niderland millisinin üzvü "Fənərbaxça"ya keçə bilər

İdman Materials 16 Dekabr 2025 19:40 (UTC +04:00)
Niderland millisinin üzvü "Fənərbaxça"ya keçə bilər

Bakı. Trend:

PSV-nin yarımmüdafiəçisi Coy Veerman karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, "Fənərbaxça" niderlandlı futbolçunu transfer etmək istəyir.

İstanbul nəhəngi Veermanı yanvar ayında heyətinə qatmağı planlaşdırır. Keçidin gerçəkləşmə ehtinalı yüksək qiymətləndirilir.

Qeyd edək ki, PSV Coy Veermanı 2022-ci ilin yanvar ayında "Herenven"dən transfer edib. Niderland millisinin üzvü bu mövsüm Eyndhoven təmsilçisinin heyətində meydana çıxdığı 22 rəsmi matçda 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti