...

“İrəvanda xal qalmadı” adlı bədii-sənədli kitab hazırlanır

Cəmiyyət Materials 16 Dekabr 2025 17:48 (UTC +04:00)
“İrəvanda xal qalmadı” adlı bədii-sənədli kitab hazırlanır
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Ədəbiyyatı Fondu “Qərbi Azərbaycan əsərlərdə” layihəsinin icrasını davam etdirir.

Trend bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə istinadən xəbər verir.

Layihə çərçivəsində “İrəvanda xal qalmadı” adlı roman nəşrə hazırlanır. Fondun rəhbəri, yazıçı Varis Yolçuyev bildirib ki, roman XIX əsrin əvvəllərində Azərbaycan torpaqlarının Çar Rusiyası tərəfindən işğalına həsr edilib.
Romanda mühüm tarixi arxiv materiallarından istifadə edilib. Əsərdə İrəvan xanlığının timsalında bu işğalın maddi və mənəvi məhrumiyyətlərə səbəb olan nəticələri, xüsusilə Azərbaycanın tarixi torpaqları hesabına Çar Rusiyasının erməni dövləti yaratması prosesi yüksək bədii-estetik dildə ifadə edilir. Bu milli faciənin doğurduğu fəlakət bir-birini sevən iki gəncin — Uluxan və Selcanın məşəqqətli həyat hekayəsi fonunda təsvir olunur.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti