...

Macarıstan ABŞ-dən LNG tədarükü üçün beşillik müqavilə imzalayıb

Dünya xəbərləri Materials 16 Dekabr 2025 19:55 (UTC +04:00)
Macarıstan ABŞ-dən LNG tədarükü üçün beşillik müqavilə imzalayıb

Bakı. Trend:

Macarıstan ABŞ-dən mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünə dair beş illik müqavilə bağlayıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto məlumat verib.

Nazirin sözlərinə görə, müqavilə çərçivəsində Macarıstan hər il 400 milyon kubmetr LNG alacaq. Beləliklə, beş il ərzində ölkəyə ümumilikdə 2 milyard kubmetr Amerika LNG-si tədarük ediləcək.

“Bu gün ABŞ–Macarıstan enerji əməkdaşlığında mühüm mərhələyə çatdıq və ildə 400 milyon kubmetr LNG tədarükünü nəzərdə tutan müqavilə imzaladıq. Biz enerjini mümkün qədər çox satıcıdan və mümkün qədər çox marşrut üzrə, ən aşağı qiymətlər təmin olunmaq şərti ilə almaqda maraqlıyıq”, – deyə Siyarto vurğulayıb.

O qeyd edib ki, bu razılaşma Macarıstanın enerji təchizatının şaxələndirilməsi və enerji təhlükəsizliyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti