...

Azərbaycanın kimya sənayesi məhsulları ixracından gəlirləri 14%-ə yaxın artıb

İqtisadiyyat Materials 16 Dekabr 2025 15:57 (UTC +04:00)
Azərbaycanın kimya sənayesi məhsulları ixracından gəlirləri 14%-ə yaxın artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan xaricə 1,001 milyon ton kimya sənayesi məhsulları ixrac edilib.

Trend bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu miqdarda kimya sənayesi məhsullarının ixracından əldə olunan gəlir 301,7 milyon ABŞ dolları olub.

Sözügedən məhsulların ixracı ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 13,4 min ton və ya 1,3% azalıb, dəyər ifadəsi ilə 36,1 milyon ABŞ dolları, yaxud da 13,6% artıb.

Kimya sənayesi məhsullarının ixracı cari ilin 11 ayının ixracına nisbətən 1,29%-ni, qeyri-neft sektoru üzrə ixracına nisbətən isə 9,10%-ni təşkil edib.

Bu ilin 11 yında kimya məhsullarından 85,5 milyon ABŞ dolları dəyərində 387,7 min ton metanol (metil spirti) ixrac edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisəə dəyər baxımından 9,4 milyon ABŞ dolları və ya 9,9%, həcm ifadəsində isə 53,3 min ton və ya 12,1% azdır.

Metanol ixracı cari ilin 11 ayının ixracının 0,37%-ni, qeyri-neft sektoru üzrə ixracının isə 2,58%-ni təşkil edib.

Bundan başqa, dövr ərzində kimya məhsullarından 163,4 milyon ABŞ dolları dəyərində 521 min ton azot gübrəsi ixrac edilib ki, bu da ötən ilin ilk 11 ayındakı göstərici ilə müqayisədə dəyər ifadəsində 50,6 milyon ABŞ dolları və ya 44,9%, həcm baxımından isə 9,4 min ton və yaxud 1,8% çoxdur.

Azot gübrəsi ixracı cari ilin 11 ayının ixracına nisbətən 0,70%-ni, qeyri-neft sektoru üzrə ixracına nisbətən isə 4,93%-ni təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti