Bakı. Trend:
AHİK-in vəsaitləri əsasən sosial müdafiə proqramlarına, təşkilatların fəaliyyətinin yaxşılaşdırılmasına və həmkarlar ittifaqlarının ölkə miqyasında sosial tərəfdaşlıq rolunun artırılmasına yönəlib.
Trend xəbər verir ki, bunu AHİK-nın Təftiş Komissiyasının sədri Tural Qasımov bu gün Bakıda keçirilən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) VIII Qurultayında hesabat məruzəsi ilə çıxışında bildirib.
Onun sözlərinə görə, büdcə gəlirlərinin 82%-i əsasən üzvlük haqlarından ayrılan hissələr hesabına, qalan 18%-i Dövlət Sosial Müdafiə Fondundan maliyyələşən işçilərin sığortalanması üçün daxil olmuş maliyyə vəsait hesabına formalaşıb:
"Daxil olan gəlirlər əsasən əmək hüquqlarının qorunması, sosial layihələrin genişləndirilməsi, üzvlərin sağlamlıq və istirahətinin təşkili, gənclər və gender məsələləri ilə bağlı işin yaxşılaşdırılması istiqamətində istifadə edilib. Hesabat dövründə həmkarlar ittifaqlarına 739,480 ərizə və şikayət daxil olub, bütün ərizə, şikayət və müraciətlərə baxılıb, onların 96%-dən 10.5%-i müsbət nəticələnib. Hesabat dövründə 600,000 nəfərə yaxın həmkarlar ittifaqı üzvünün və onların ailə üzvlərinin müalicə və istirahəti təmin edilib, son məlumatlara görə yollarışların verilməsində şəffaflığın təmin edilməsi, üzvlərin yollarışlara əlçatanlığının artırılması məqsədilə e-AHİK sanatoriya-kurort elektron rezervasiya sistemi istifadəyə verilib".
