Bakı. Trend:
"Mançester Siti"nin heyətində ciddi itki baş verib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisinin aparıcı oyunçularından olan Cerremi Doku sıradan çıxıb. Bu barədə komandanın baş məşqçisi Pep Qvardiola məlumat verib.
Belçikalı vinger 2025-ci ilin əvvəlinə kimi yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Mançester Siti" Ceremi Dokunu 2023-cü ilin yayında "Renn"dən transfer edib. 23 yaşlı futbolçu bu mövsüm "şəhərlilər"in heyətində meydana çıxdığı 25 rəsmi matçda 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.