Bakı. Trend:
Cari İran ilinin 8 ayı ərzində (20 mart -21 noyabr 2025) İranın Azərbaycandan məhsul idxalı ötən ilin analoji dövrü ilə (21 mart -20 noyabr 2024) müqayisədə dəyər baxımından 66,6%, çəki baxımından 59,7% azalıb.
Trend bu barədə İranın Gömrük Administrasiyasının statistikasına istinadən məlumat verib.
Statistikaya əsasən, 8 ay ərzində İranın Azərbaycandan məhsul idxalı təxminən 7,53 milyon dollar dəyərində 3,74 min ton təşkil edib.
Statistikada bildirilir ki, ötən ilin analoji dövründə İran Azərbaycandan təxminən 22,6 milyon dollar dəyərində, həcm ifadəsində 9,29 min ton məhsul idxal edib.
Statistikaya görə, İran Azərbaycandan müxtəlif avadanlıqlar, sıxılmış soya, müxtəlif növ profillər və sairə məhsullar idxal edib.
Qeyd olunur ki, 8 ay ərzində İranın Azərbaycanla qeyri-neft məhsul ticarəti təxminən 398 milyon dollar dəyərində, təxminən 580 min ton təşkil edib. Ticarət dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 17,6%, çəki baxımından 2,45% azalıb.
Əlavə edək ki, İran Gömrük Administrasiyasının məlumatına görə, 8 ayda İranın məhsul idxalı 39,5 milyard dollar dəyərində 25,8 milyon ton təşkil edib. Məhsul idxalı ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 14,3% azalıb, çəki baxımından isə 3% artıb.
