Bakı. Trend:
UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Zirə"nin rəqqibi olan "Hayduk"da yeni təyinatlar olub.
Trend xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Qoran Vuçeviç Split təmsilçisinin idman direktoru təyin olunub.
Qeyd edək ki, "Zirə"nin "Hayduk"la ilk oyunu iyulun 23-də Bakıda baş tutacaq. Komandalar arasındakı cavab görüşü isə 31 iyul tarixində Splitdə keçiriləcək.