Bakı. Trend:
Türkiyənin Prezident Rəcəb Tayyib Ərdoğan DEM Partiyasının deputatı, TBMM sədr müavini Pervin Buldan və onu müşayiət edən nümayəndə heyətini Prezident Sarayında qəbul edib.
Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir
Məlumata görə, görüş zamanı “Terrorçusuz Türkiyə” hədəfinə çatmaq istiqamətində görülən işlər, o cümlədən PKK terrorçu qruplaşmasına aid döyüşçülərin tərksilah edilməsi prosesi müzakirə olunub.
Danışıqlarda Türkiyə Kəşfiyyat Xidmətinin (MİT) rəhbəri İbrahim Kalın və AK Partiya sədrinin birinci müavini Efkan Ala da iştirak ediblər.
TBMM sədr müavini Pervin Buldan görüşdən öncə açıqlamasında prosesin yeni mərhələyə daxil olduğunu vurğulayıb: “Yeni mərhələdə məsləhətləşmələrə ehtiyac var. Bu gün bütün bunları Prezidentlə müzakirə edəcəyik. Görüşün xeyirli olacağına ümid edirik. Prezidentlə görüş çox önəmlidir. Lazımi addımları danışacağıq”.
PKK-nın buraxılması ilə bağlı qərardan sonra, qruplaşmaya bağlı ilk qrupun bu həftə silahı yerə qoyma mərasiminin keçiriləcəyi gözlənilir.