...

Abşeronda mənzildə partlayış olub, üç nəfər xəsarət alıb (YENİLƏNİB) (VİDEO)

Hadisə Materials 7 İyul 2025 21:42 (UTC +04:00)
Abşeronda mənzildə partlayış olub, üç nəfər xəsarət alıb (YENİLƏNİB) (VİDEO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Abşeron Gənclər şəhərciyində yerləşən çoxmərtəbəli yaşayış binasında mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı onbirmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.

Partlayış dalğasının təsirindən evə ziyan dəyib, üç nəfər xəsarət alıb.

FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

xxx

21:36

Abşeron Gənclər Şəhərciyi ərazisində mənzildə partlayış olub.

Trend-in məlumatına görə, hadisə qaz sızması nəticəsində baş verib.

Partlayış nəticəsində xəsarət alan sakinlər təcili yardımla binadan çıxarılıb.

Əraziyə yanğınsöndürənlər cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti