...

Taylandda 8 yaşlı “mauqli” aşkarlanıb

Dünya xəbərləri Materials 7 İyul 2025 14:40 (UTC +04:00)
Taylandda 8 yaşlı “mauqli” aşkarlanıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Taylandda meşədə itlərlə yaşayan və danışa bilməyən 8 yaşlı oğlan aşkarlanıb. O, yalnız it hürməsi yolu ilə ünsiyyət qura bilir.

Trend xəbər verir ki, bu barədə Tayland KİV Laplay Polis İdarəsinə istinadən məlumat yayıb.

İyun ayının sonunda Taylandın Uttaradit əyalətinin Laplay dairəsində yerli hakimiyyət orqanları heç vaxt məktəbə getməmiş və son dərəcə ağır şəraitdə böyümüş səkkiz yaşlı bir oğlan uşağını aşkarlayıblar. O, köhnə, yararsız bir taxta komada anası, böyük qardaşı və altı iti ilə birlikdə yaşayırdı. Məlum olub ki, anası və böyük qardaşı narkotik vasitə alüdəçiləridir.

Ana tez-tez yaxınlıqdakı məbəddən yemək və pul istəyirmiş, qonşular isə öz övladlarını bu qardaşlardan uzaq tutmağa çalışırmış. Oğlanın dostu olmayıb, buna görə də itlərlə dostlaşıb və hətta onların davranışını təqlid etməyə başlayıb. Bu gün o, emosiyalarını ifadə etmək üçün hürür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti