...

"Telegram"ın işində pozuntu yaranıb

Dünya xəbərləri Materials 7 İyul 2025 13:56 (UTC +04:00)
"Telegram"ın işində pozuntu yaranıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Populyar mesajlaşma platforması olan “Telegram”ın işində pozuntu yaranıb.

Trend xəbər verir ki, bu barədə internet resurslarının fəaliyyətindəki problemlərin monitorinqini aparan “Downdetector” portalı məlumat yayıb.

Portala əsasən, bir saat ərzində xeyli sayda istifadəçi servisin işləməməsi ilə bağlı şikayət edib.

İstifadəçilər, əsasən, mobil tətbiqin işində nasazlıqlar və bildirişlərin gecikməsi ilə bağlı problemləri qeyd ediblər. Problemlər Android, iOS, Windows və digər əməliyyat sistemlərinə malik cihazlarda müşahidə olunub.

Baş vermiş nasazlığın səbəbləri hələlik açıqlanmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti