...

Avarçəkənimiz Avropa üçüncüsü oldu (FOTO)

İdman Materials 7 İyul 2025 12:57 (UTC +04:00)
Avarçəkənimiz Avropa üçüncüsü oldu (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

3-6 iyul tarixlərində Rumıniyanın Piteşti şəhərində gənclər və 23 yaşa qədər avarçəkənlər arasında kayak və kanoe üzrə Avropa çempionatı keçirilib.

Trend xəbər verir ki, komandamızın üzvlərindən kanoe qayığında mübarizə aparan Tatyana Smilovenko üçüncü yer tutub.

Avarçəkənimiz təsnifat və yarımfinal mərhələsində 500 metr məsafədə 1 nəfərlik qayıqda uğurlu çıxış edərək A finalına yüksəlib. Finalda finiş xəttini üçüncü keçən Tatyana Avropa çempionatının bürünc medalına layiq görülüb.

Xəbər lenti

Xəbər lenti