...

2024-cü ildə adambaşına düşən ən yüksək dövlət borcu olan ölkələr

Dünya xəbərləri Materials 7 İyul 2025 07:05 (UTC +04:00)
2024-cü ildə adambaşına düşən ən yüksək dövlət borcu olan ölkələr
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ildə dünyada adambaşına düşən ən yüksək dövlət borcuna malik ölkələr Sinqapur və ABŞ olub.

Trend-in BMT-nin statistik məlumatlarına istinadla verdiyi xəbərə görə, Sinqapurda bu göstərici bir il ərzində 10,5 min dollar artaraq 158 min dollara çatıb. Bu, ölkə üzrə ən yüksək göstərici hesab olunur.

ABŞ-də isə adambaşına düşən dövlət borcu 5,8 min dollar artaraq 103,7 min dollar təşkil edib.

Adambaşına borcun həcminə görə Yaponiya da ilk üçlükdə yer alır. Burada borc 4,3 min dollar azalsa da, hər bir yapon vətəndaşının dövlətə olan ortalama borcu 76,9 min dollar olaraq qalır.

BMT-nin məlumatına əsasən, ötən il 134 ölkədə adambaşına düşən borc artıb, yalnız 48 ölkə bu göstəricini azalda bilib. Ümumi hesablamaya görə, yer kürəsinin hər bir sakininə orta hesabla 11,4 min dollar dövlət borcu düşür.

Xəbər lenti

Xəbər lenti