...

Aİ Çindən gələn "yüksək təhlükəli" mallara qarşı sərt tədbirlər nəzərdən keçirir

Dünya xəbərləri Materials 15 Dekabr 2025 05:08 (UTC +04:00)
Aİ Çindən gələn "yüksək təhlükəli" mallara qarşı sərt tədbirlər nəzərdən keçirir

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Çinin "Shein" və "Alibaba" şirkətləri də daxil olmaqla, onlayn platformalarda satılan "yüksək təhlükəli" məhsullara qarşı istehlakçıların müdafiəsi tədbirlərini gücləndirməyi planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə "Financial Times" qəzetinə Avropa Ədliyyə Komissarı Maykl Makqrat deyib.

"Avropa İttifaqına daxil olan təhlükəli malların həcmindən çox narahatam. Düşünürəm ki, Aİ vətəndaşlarını daha yaxşı qorumalıyıq", - deyə M.Makqrat bildirib.

O əlavə edib ki, hakimiyyət orqanları həmçinin Avropa biznes nümayəndələri üçün bərabər şərait təmin etməlidirlər.

Avropa Komissarının sözlərinə görə, 2024-cü ildə Aİ təxminən 4,6 milyard ucuz bağlama alıb ki, bunların təxminən 90%-i Çindən gəlib. Onlarda əksər hallarda oyuncaqlar və kosmetika olub.

Makqratın sözlərinə görə, "ilbəil" İttifaqın rəsmi nümayəndələri bağlamalarda təhlükəli mallar aşkar ediblər ki, bunlardan bəziləri "hətta insan itkisinə səbəb ola bilər". Gömrük və hüquq-mühafizə orqanlarının əməkdaşları çaşqınlıq içində idilər və Makqratın etiraf etdiyi kimi, bu cür malların yalnız kiçik bir hissəsi aşkar edilib.

Avropa Komissarı istehlakçıların hüquqlarının müdafiəsi qaydalarının yenilənməsini və onlayn platformaların məsuliyyətinin artırılmasını təklif edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti