...

“Real Madrid” səfərdə qələbə qazanıb - İspaniya La Liqası

İdman Materials 15 Dekabr 2025 04:33 (UTC +04:00)
“Real Madrid” səfərdə qələbə qazanıb - İspaniya La Liqası

Bakı. Trend:

İspaniya La Liqasının XVI turu çərçivəsində “Alaves” öz meydanında “Real Madrid”i qəbul edib.

Trend-in məlumatına görə, qarşılaşmada ilk qol birinci hissənin ortalarında qeydə alınıb. Görüşün 24-cü dəqiqəsində qonaq komandanın üzvü Mbappe hesabı açıb.

Oyunun 68-ci dəqiqəsində Visente tarazlığı bərpa edib. “Real Madrid”in qələbə qoluna isə 76-cı dəqiqədə Rodriqo imza atıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti