Bakı. Trend:
Mərakeşin Safi vilayətində şiddətli yağışların yaratdığı daşqınlar nəticəsində ölənlərin sayı 14-ə çatıb.
Trend-in məlumatına görə, bu barədə "TanjaNews" portalı xəbər verib.
Məlumata əsasən, 30-dan çox insan yaralanaraq xəstəxanaya yerləşdirilib.
Daşqın nəticəsində vilayətin inzibati mərkəzi olan Safi şəhərinə külli miqdarda maddi ziyan dəyib. Agentliyin məlumatına əsasən, orada ən azı 70 yaşayış binası və mağaza su altında qalıb, yolun bir hissəsi isə zədələnib.