...

Çilidə keçirilən prezident seçkilərində Xose Antonio Kast qalib gəlib

Dünya xəbərləri Materials 15 Dekabr 2025 02:53 (UTC +04:00)
Çilidə keçirilən prezident seçkilərində Xose Antonio Kast qalib gəlib

Bakı. Trend:

Çilidə keçirilən prezident seçkilərinin ikinci turunda müxalifətçi mühafizəkar siyasətçi Xose Antonio Kast qalib gəlib.

Tremd-in məlumatına görə, bu barədə ölkənin seçki xidmətinin seçki məntəqələrinin 83,43%-dən səsləri saydıqdan sonra dərc etdiyi nəticələrində qeyd olunub.

Kast səslərin 58,61%-ni, hakim mərkəz-sol koalisiyası olan "Çili üçün Birlik"i təmsil edən rəqibi JAnett Hara isə 41,39%-ni toplayıb. O, artıq məğlubiyyətini etiraf edib və Kastı qələbəsi münasibətilə təbrik edib.

Kast hökumətin iqtisadiyyata müdaxiləsinin azaldılmasını və cinayətkarlıq və qanunsuz immiqrasiya ilə mübarizə üçün daha sərt tədbirlərin görülməsini müdafiə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti