...

Kolumbiyada məktəb avtobusunun qəzası nəticəsində 16 nəfər ölüb

Dünya xəbərləri Materials 15 Dekabr 2025 01:56 (UTC +04:00)

Bakı. Trend:

Kolumbiyanın şimal-qərbində məktəb avtobusunun qəzaya uğraması nəticəsində ən azı 16 nəfər ölüb, təxminən 20 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "El Tiempo" qəzeti xəbər verib.

Məlumata əsasən, Bello bələdiyyəsindəki Liceo Antiokenyo təhsil müəssisəsinin məzunlarını daşıyan turist avtobusu idarəetməni itirərək yoldan çıxaraq dərəyə düşüb. Qəza zamanı, müxtəlif hesablamalara görə, avtomobildə 35 ilə 45 arasında sərnişin olub.

İlkin olaraq, regional mənbələr ən azı 16 ölü və 19 yaralı olduğunu bildirib. Lakin hakimiyyət orqanları son ölənlərin sayının hələ təsdiqlənmədiyini açıqlayıb.

Milli Yol Təhlükəsizliyi Agentliyi hadisədən bir neçə saat sonra hakimiyyət orqanlarının qəzanın səbəbləri ilə bağlı araşdırma başlatdığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti