Bakı. Trend:
Ukrayna və Amerika nümayəndə heyətləri Berlində keçirilən görüşdə əhəmiyyətli irəliləyiş əldə ediblər.
Trend-in məlumatına görə, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff "X" sosial şəbəkəsində yazıb.
Beş saat davam edən danışıqlarda Amerika liderinin kürəkəni və müşaviri Cared Kuşner də və Ukrayna prezidenti Volodimir Zelenski iştirak edib.
S.Uitkoffun sözlərinə görə, tərəflər ABŞ-ın 20 maddəlik sülh planı ilə bağlı "ətraflı müzakirələr aparıb", iqtisadi məsələləri və digər mövzuları müzakirə ediblər. Görüş dekabrın 15-i səhər davam edəcək.