Bakı. Trend:
Bu ilin may ayının sonuna olan məlumata görə, Azərbaycanda rezident maliyyə institutlarının (həmçinin statistik vahidin ödəniş kartları) emissiya etdiyi “UnionPay” kartları vasitəsilə əməliyyatların sayı 200 ədəd, əməliyyatların həcmi isə 30 min manat olub.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata görə, əvvəlki ayla müqayisədə “UnionPay” kartları ilə əməliyyatların sayı 100 ədəd və ya 2 dəfə artıb, “UnionPay” kartları ilə əməliyyatların həcmi isə 20 min manat, yaxud da 40% azalıb.
Belə ki, cari ilin aprel ayının sonunda Azərbaycanda rezident maliyyə institutlarının emissiya etdiyi “UnionPay” kartları vasitəsilə əməliyyatların sayı 100 ədəd, əməliyyatların həcmi isə 50 min manat idi.
Qeyd edək ki, rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə əməliyyatların həcmi və sayı dedikdə, ölkə daxilində fəaliyyət göstərən maliyyə institutlarının (yerli banklar və ya maliyyə qurumları) verdiyi ödəniş kartları ilə həyata keçirilən əməliyyatların ümumi həcmindən və sayından bəhs olunur.