Bakı. Trend:
“Filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi Qaydaları”nın təsdiq edilib.
Trend xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, bu Qaydalar filmlərin və digər audiovizual əsərlərin istehsalı üçün çəkilmiş birbaşa məqbul xərclərin dövlət büdcəsindən “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsə (bundan sonra – Agentlik) ayrılan vəsait hesabına qismən geri ödənilmə şəklində maliyyələşdirilməsi və qismən geri ödənilmə ilə bağlı müsabiqələrin (bundan sonra – Müsabiqə) təşkili və keçirilməsi qaydalarını müəyyən edir.
Bu Qaydalara əsasən həyata keçirilən qismən geri ödənilmələr üçün zəruri vəsait hər ilin dövlət büdcəsində Mədəniyyət Nazirliyinin sifarişi əsasında Agentliyə ayrılır.
Bu Qaydalarda istifadə olunan anlayışlar normativ hüquqi aktlarla müəyyən edilmiş mənaları ifadə edir.
Qaydalarla geniş şəkildə bu link vasitəsilə tanış olmaq mümkündür.