...

Dəyişən dünya düzənində xarici siyasət və çoxtərəfli diplomatiya müzakirə edilib (FOTO)

Siyasət Materials 7 İyul 2025 15:11 (UTC +04:00)
Dəyişən dünya düzənində xarici siyasət və çoxtərəfli diplomatiya müzakirə edilib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusunda diplomatik xidmət orqanlarının rəhbərlərinin IX müşavirəsinin “Dəyişən dünya düzənində xarici siyasət və çoxtərəfli diplomatiya” mövzusuna həsr olunan ilk panel müzakirəsi Azərbaycan Respublikasının xarici işlər nazirin müavinləri Araz Əzimov və Yalçın Rəfiyevin əsas natiq qismində iştirakı ilə baş tutub.

Trend xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, panel çərçivəsində postmünaqişə dövrünün reallıqlarının Azərbaycan xarici siyasətində yaratdığı prioritetlər, normallaşma prosesinin vəziyyəti və mövcud çağırışlar, regional və beynəlxalq təhdidlərin fonunda ölkəmizə təsir edə biləcək təhlükəsizlik məsələləri, çoxtərəfli platformalarda fəaliyyət çərçivəsinə mövcud çağırış və imkanlar təhlil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti