...

Ermənistan parlamentində gərgin anlar yaşanıb

Dünya xəbərləri Materials 7 İyul 2025 16:32 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan parlamentində qanunverici orqanın sədr müavini Ruben Rubinyan ilə müxalif “Ermənistan” fraksiyasının deputatı Artur Sarkisyan arasında gərginlik yaşanıb.

Trend bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.

Məlumata görə, parlamentin fövqəladə iclasında, baş prokuror Anna Vardapetyanın Sarkisyana qarşı cinayət işinin açılması üçün təqdim etdiyi vəsatətin müzakirəsi zamanı yaşanıb.

Hakim “Mülki Müqavilə” fraksiyasından olan deputat Vaaqn Aleksanyanın ölkədəki hakimiyyətin ələ keçirilməsi cəhdləri ilə bağlı çıxışı zamanı Artur Sarkisyan yerindən kəskin iradlarla çıxış edib.

Bunun ardınca Rubinyan onu sakit olmağa çağırıb.

“Ey, sən orda səsini kəs! Burada sualları biz veririk. Səsini kəs deyirəm sənə! Vaaqn Aleksanyana söz verilib və o, çıxış edir. Yerinə otur, demirəm?! Sakitləş!”,- deyə Rubinyan Sarkisyana sərt şəkildə müraciət edib.

Cavabında Sarkisyan bildirib ki, Rubinyan ona nə etməli olduğunu deyə bilməz. Bundan sonra Rubinyan Sarkisyana rəsmi xəbərdarlıq elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti